ABŞ Şimali Koreyanın Rusiya ilə əməkdaşlığının dərinləşməsi səbəbindən ona qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
Miller əlavə edib ki, ABŞ-ın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır:
“Biz Rusiya Federasiyası ilə Şimali Koreya arasında əməkdaşlığa dair narahatlığımızı açıq şəkildə bildirdik, KXDR-in Ukraynaya qarşı təcavüzündə Rusiyaya kömək etməyə çalışdığını aydın şəkildə müəyyən etdik”.