36 C
Baku
Wednesday, August 17, 2022

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini artırıb

ABŞ Prezidenti Co Bayden KXDR-ə qarşı sanksiya rejimini daha bir il uzadıb.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Söhbət ABŞ prezidentinin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra fərmanları əsasında tətbiq edilən məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutan Pxenyana qarşı xüsusi rejiminin uzadılmasından gedir.

Bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken ABŞ hakimiyyətinin Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün ilkin şərt olmadan KXDR ilə dialoqa açıq olduğunu bildirib.

Eyni zamanda, Amerika xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Vaşinqton Pxenyana təzyiqləri davam etdirməyə hazırdır.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər