3 C
Baku
Saturday, December 14, 2024

ABŞ Sincandan mal idxalına qadağa qoyub

ABŞ prezidenti Co Bayden Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən mal idxalını məhdudlaşdıran qanunu imzalayıb.

Banker.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden ÇXR-in Sincan-Uyğur Muxtar Bölgəsindən malların idxalına qadağa qoyan və bölgədə məcburi əməyə cavabdeh olan şəxslərə qarşı sanksiyalar tətbiq edən qanun imzalayıb”, – Ağ Evin bəyanatında deyilir. Bundan əvvəl sənədi ölkə Konqresinin hər iki palatası təsdiqləyib.

Yanvarda ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Çinin uyğurlara qarşı hərəkətlərinin “soyqırım” və “insanlığa qarşı cinayət” adlandırıb. Onun sözlərinə görə, 2017-ci ilin martından Çin Kommunist Partiyasının (ÇKP) rəhbərliyi və nəzarəti altında Sincanda əsasən müsəlman əhaliyə – uyğurlara və digər etnik və dini azlıqların nümayəndələrinə qarşı “insanlığa qarşı” cinayətlər törədib.

Dekabrın 6-da ABŞ oxşar səbəbdən fevralın 4-dən 20-dək Pekində keçiriləcək qarşıdan gələn Qış Olimpiya Oyunlarını diplomatik boykot elan edib. Daha sonra Böyük Britaniya və Avstraliya hökumətləri ABŞ-a qoşuldular. Pekin bütün ittihamları rədd edərək, ABŞ və digər ölkələrin səhv hərəkətlərinin əvəzini ödəyəcəklərini iddia edir.

Son xəbərlər
Digər xəbərlər