ABŞ şirkəti IGB-nin buraxılış gücünün 10 faizindən istifadə edəcək

ABŞ-ın “Linden Energy” şirkəti Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonektorunun (IGB) buraxılış gücünün 10 faizindən istifadə edəcək.

Bu barədə şirkətə istinadən məlumat verilir.

Bundan başqa, “Linden Energy” Bolqarıstanın qaz treyderu “Overgas Inc. AD” şirkətinin səhmlərinin 50 faizini əldə edib.

Qeyd edək ki, IGB layihəsinin infrastrukturu 2021-ci ilin sonuna kimi hazır olacaq. Boru kəmərinin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr qaza bərabər olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.