9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

ABŞ şirkətinin Azərbaycandakı BOKT-unun rəhbəri dəyişib

Azərbaycanın böyük kredit təşkilatlarından biri “KredAgro” Bank Olmayan Kredit Təşkilatı MMC-nin təkbaşına rəhbəri dəyişib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, “KredAqro” BOKT-un təkbaşına rəhbəri (BOKT isə özündə Baş direktor kimi təqdim edir) Məcid Əsədov Fərhad oğlu vəzifəsindən azad edilib.

Onun yerinə, Hidayət Həsənov Məhərrəm oğlu təyin edilib.

“KredAgro” BOKT 2000-ci ildə yaradılıb, 452.3 min manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i ABŞ-ın ACDI/VOCA Təşkilatına məxsusdur.

“KredAgro” BOKT-un 1 yanvar 2021-ci il tarixinə həcmi 11 milyon 356.79 min manat təşkil edib. Bu da illik müqayisədə 6.5% azalma deməkdir. 2020-ci ildə BOKT-u öncəki ildə xalis mənfəətinə səbəb olan geridönüşlərin həcminin kəskin azalması onun ötən ili 1 milyon 415.94 min manat zərərlə bitirməsinə gətirib çıxarımışdı. (Ətraflı)

Son xəbərlər
Oxşar xəbərlər