8 C
Baku
Wednesday, October 30, 2024

ABŞ şirkətləri kokos südü idxalını dayandırır

ABŞ şirkətləri Tailanddan kokos südü idxalını dayandırmaq barədə qərar qəbul edib.

Bu barədə “The New York Times” nəşri yazıb.

Bildirilib ki, buna səbəb kokos südü istehsalı zamanı bu ölkədə məcburi meymun əməyinin istifadəsi ilə bağlı faktların ortaya çıxmasıdır. PETA heyvanların hüquqlarının müdafiəsi qrupu bu barədə məlumatlar yaydıqdan sonra şirkətlər bu addıma gedib.

PETA istehlakçıları Tailandda yox, alternativ ölkələrdə yetişdirilən kokosdan hazırlanmış məhsulları almağa təşviq edir. Kokosdan hazırlanan məhsulların istehsalı ilə Dominikan Respublikası, Hindistan, İndoneziya, Filippin və Vyetnam da məşğul olur.

ABŞ şirkətləri ilə yanaşı, analoji qərar Almaniya və digər Avropa ölkələrində fəaliyyət göstərən şirkətlər tərəfindən də qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər