15 C
Baku
Tuesday, April 23, 2024

ABŞ şirkəti Azərbaycanda zavod açacaq

ABŞ şirkəti Azərbaycanda orqanik gübrə istehsal edən zavod açmağı planlayır.

Bu barədə ABŞ-nin “Rooted Leaf Agritech” şirkətinin baş vitse prezidenti Şavin Hüseyn cümə axşamı deyib.

“Biz buraya (Bakıda keçirilən “Caspian Agro” sərgisində) məhsullarımızı fermerlərə təqdim etmək üçün gəlmişik. Azərbaycanda və bütünlükdə Xəzər dənizi regionunda fəaliyyət göstərməyi planlayırıq. Zavodun açılması fermerləri orqanik gübrələrlə təmin etməyə imkan verəcək. Məhsullarımızın əksəriyyəti bitki mənşəlidir. Bilirik ki, buradakı fermerlər orqanik gübrələrə üstünlük verirlər. Biz bir neçə fermerlə görüşmüşük və ilin sonunadək Azərbaycana dörd növ məhsul tədarük etməyi planlayırıq”, – o deyib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər