Bu il ABŞ-da böyük “hack” lar ilə əlaqəli zərərli proqram təminatı ilə ticarət etməkdə ittiham olunan çinli proqramçı köhnə işinə qayıtdı: orta məktəbdə kompüter kursları, o cümlədən İnternet təhlükəsizliyinin tədrisi.
Xatırladaq ki, orta məktəb müəllimi Yu Pinqan 2017-ci ildə tutulub və 18 ay müddətində həbsdə saxlanılıb. Banker.az xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərinə görə, Çin vətəndaşı federal təhlükəsizlik orqanları tərəfindən “Sakula” kompüter virusundan istifadə edərək genişmiqyaslı hücumda iştirak etməkdə günahlandırılıb.
Haker hücumunun qurbanları, məhkəmə qərarına görə, mikroçip tədarükçüsü “Qualcomm Inc”, aerokosmik və müdafiə şirkəti “Pacific Scientific Energetic Materials Co” və oyun şirkəti “Riot Games” dir.
Bu gün Yu Pinqan Şanxay Kommersiya kollecində kompüter təhlükəsizliyini tədris edir.