American Bankruptcy Institute (ABI)-nin verdiyi məlumata əsasən iflas etməyə başlayan amerikan şirkətlərinin sayı 2013-cü ildə keçən il ilə müqayisədə azalmışdır.
Reuters agentliyinin verdiyi məlumata görə, ölkədə biznes sahəsində müflis olma hadisələrinin sayı 2006-cı ildən etibarən minimuma düşmüşdür. ABŞ-da ümumi iflas etmə hadisələrinin sayı 2013-cü ildə 13 faizə enmişdir.
Keçən il ərzində iflas olma prosesinə 44 minə yaxın amerikan təşkilatı qoşulmuşdu. 2012-ci ildə isə bu göstərici 58 minə bərabər idi.
Son 5 il ərzində ölkədə şirkətlərin və fiziki şəxslərin iflas etmə hallarının sayı orta hesabla bir il üçün 1,32 milyona bərabər idi. Bu göstərici 2007-ci ildə ABŞ iqtisadiyyatı tənəzzül etdiyi zaman sürətlə artmışdı.