ABŞ Slovakiyanın şərq sərhədinin qorunması layihəsinə 3,6 milyon dollar ayıracaq.
Bu barədə Slovakiyanın “dennikn.sk” nəşri yazıb.
Məlumata görə, bu vəsait şərq sərhədinin mühafizəsi üçün təlimlərə və texnikanın tədarükünə sərf olunacaq.
“Layihə sərhədi silahların, narkotiklərin və insanların qeyri-qanuni hərəkətindən qorumağa kömək etmək məqsədi daşıyır, həmçinin sərhədi qanuni şəkildə keçməyin asanlaşdırılmasına yardım etməlidir”, – məlumatda bildirilir.
Nəşr qeyd edir ki, layihənin yaxın iki il ərzində həyata keçirilməsi planlaşdırılır.