10 C
Baku
Sunday, November 10, 2024

ABŞ son bir ildə ilk dəfə “Boeing 787 Dreamliner”in tədarükünə icazə verib

ABŞ Federal Aviasiya İdarəsi 2021-ci ilin may ayından bəri ilk dəfə olaraq “Boeing 787 Dreamliner” təyyarəsinin tədarükünə icazə verib.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Mənbələrin sözlərinə görə, təyyarə çərşənbə günü “American Airlines” aviaşirkətinə təhvil veriləcək. Təyyarənin yaxın həftələrdə istismara verilməsi gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin may ayında “Boeing” şirkəti “787 Dreamliner”in tədarükünü əlavə normativ tələblərə görə dayandırmışdı.

Məqalədə:
MənbəTrend
Son xəbərlər
Digər xəbərlər