8 C
Baku
Wednesday, October 30, 2024

ABŞ sonuncu kimyəvi silah anbarını məhv edir

ABŞ sonuncu kimyəvi silah anbarını məhv edir.

Bunu “The New York Times” nəşri yazıb.

Bildirilib ki, ABŞ-ın Kolorado ştatının Pueblo şəhərindəki ordu anbarında qapalı otaqda robotlar qrupu dünyada məlum olan son kimyəvi silah anbarını məhv edir.

ABŞ Silahlı Qüvvələrinin 1918-ci ildən sonra öldürücü kimyəvi silahdan döyüşlərdə istifadə edib-etmədiyi məlum deyil.

Məlumata görə, 70 ildən çox saxlanılan zəhərli maddə ilə doldurulmuş mərmiləri robotlar deşir, qurudur, yuyur və sonra çox yüksək temperaturda emal edir. Konveyer kəmərindən isə adi bir qəhvəyi zibil qutusuna zərərsiz metal qırıntıları düşür.

Bildirilib ki, 1989-cu ildə ABŞ və SSRİ kimyəvi silah ehtiyatlarını məhv etmək barədə razılığa gəlib. Senat 1997-ci ildə Kimyəvi Silahlar üzrə Konvensiyanı ratifikasiya edəndə ABŞ və sənədi imzalayan başqa ölkələr kimyəvi silahlardan birdəfəlik xilas olmaq öhdəliyi götürüblər.

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri əvvəllər bu əməliyyatın bir neçə il ərzində tamamlanacağını və təxminən 1 400 000 000 milyard dollara başa gələcəyini proqnozlaşdırmışdılar. Məlumata görə, bu, onilliklər ərzində qrafikdən geri qalır, büdcəyə 42 milyard dollara başa gəlir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər