9 C
Baku
Sunday, November 17, 2024

ABŞ Şri-Lankaya maliyyə böhranından çıxmaq üçün 60 milyon dollar yardım göndərəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə Şri-Lankaya 60 milyon dollar yardım göndərəcək.

Bu barədə təşkilatın rəhbəri Samanta Pauer məlumat verib.

Pauer ölkədəki dərin maliyyə böhranından çıxmaq üçün gübrələrin idxalına 40 milyon dollar, humanitar ehtiyaclara isə 20 milyon dollar veriləcəyini bildirib.

Bu ölkəyə səfər edən Pover deyib ki, ABŞ hər zaman Şri-Lankanın yanındadır.

Aprelin ortalarında ölkə 51 milyard dollarlıq xarici borcunu defolt elan edib və mümkün maliyyə yardımı barədə Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.

Rəsmi məlumatlara görə, Şri-Lanka hazırda 60.8 faiz hiperinflyasiya ilə üzləşib, ərzaq inflyasiyası isə keçən ay 90.9 olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər