ABŞ altı ay ərzində strateji ehtiyatlarından gündəlik 1 milyon barel nefti bazara çıxaracaq.
Bu barədə Ağ Evdə enerji məsələləri ilə bağlı bəyanatla çıxış edən ABŞ prezidenti Co Bayden bildirib.
“Bu gün mən növbəti altı ay ərzində gündə 1 milyon barel – strateji neft ehtiyatından 180 milyon bareldən çox nefti bazara çıxarmaq barədə sərəncam verirəm”, – o deyib.
Bayden əlavə edib ki, enerji şirkətləri, ehtimal ki, 2022-ci ilin payızından gündə əlavə 1 milyon barel neft hasil etməyə hazırdırlar: “Mən o şirkətləri qeyd etmək istəyirəm ki, artıq hasilatı artırmaq niyyətində olduqlarını bəyan ediblər. Onlar daha çox neft hasil etmək, həmçinin gələcəkdə neftdən asılılığımızı azaltmaq üçün təmiz texnologiyalara sərmayə qoyurlar. Yəqin ki, bu payızdan başlayaraq gündə əlavə 1 milyon barel neft hasil edəcək”.