ABŞ ölkənin strateji ehtiyatını artırmaq üçün 3 milyon barel neft almağı planlaşdırır.
Neftin alınması 1-28 fevral 2023-cü il tarixləri arasında planlaşdırılır.
Qeyd edək ki, ABŞ-ın strateji ehtiyatında neft ehtiyatları 1984-cü ilin yanvarından minimuma enib, lakin ölkədəki kommersiya neft ehtiyatları bir həftə ərzində 10,2 milyon barel artıb.
Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-ın xam neft ehtiyatları bu il 14 milyon barel artıb. Bununla belə, milli strateji neft ehtiyatlarında saxlanılan neftin həcmi əvvəlki illə müqayisədə təxminən 15 dəfə çoxdur – 211 milyon barel.