ABŞ administrasiyası iyun ayından ölkənin strateji neft ehtiyatlarının doldurulması prosesinə başlaya bilər.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və ticarət komitəsində keçirilən dinləmələrdə energetika naziri Cennifer Qranholm bildirib.
O qeyd edib ki, nazirlik iyun ayında neft almağa başlaya bilər.
“Nazirlik əvvəllər qanunvericilər tərəfindən təsdiqlənmiş 26 milyon barelin satışı başa çatdıqdan sonra iyun ayında ehtiyatı artırmaq üçün neft almağa başlaya bilər. Məhz bu məqamda ABŞ ehtiyatları artırmaq üçün keçidi dəyişəcək və neft almağa çalışacaq”, – deyə Qranholm vurğulayıb.