-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ sudanlılara əlavə 203 milyon dollar dəyərində humanitar yardım göstərəcək

ABŞ Sudandakı müharibədən zərər çəkmiş milyonlarla mülki şəxsə kömək etmək üçün əlavə 203 milyon dollar həcmində yardım göstərəcək.

Bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Linda Tomas-Qrinfild (Linda Thomas-Greenfield) məlumat verib.

O qeyd edib ki, bu vəsaitin məqsədi Sudan ordusu ilə hərbiləşdirilmiş (paramilitary) Çevik Dəstək Qüvvələri (RSF) arasında 2023-cü ilin aprelində başlayan müharibədən sonra Sudandakı mülki şəxslərə və qonşu ölkələrə qaçanlara kömək etməkdir.

ABŞ rəsmisi bildirib ki, ABŞ-nin əlavə vəsaiti ilə Sudan, Çad, Misir və Cənubi Sudandakı sudanlı mülki şəxslər üçün ayrılan ABŞ yardımının oktyabr ayından bəri ümumi məbləği 707 milyon dollara çatdıb.

Son xəbərlər
Digər xəbərlər