ABŞ Suriyanın şimal-şərqindəki Haseke əyalətində neft emalı zavodu tikir.
Bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, zavodun gücü sutkada 3 000 barel olacaq.
Qeyd edək ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən Haseke, Deyr əz-Zor və Rakka əyalətləri, demək olar ki, ABŞ tərəfindən idarə olunur. 2015-ci ildən indiyədək ABŞ komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb. Onlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, daha beşi Suriyanın taxıl anbarı sayılan qonşu Haseke əyalətində yerləşir.