ABŞ Maliyyə Nazirliyi Suriya hakimiyyət orqanları ilə bağlı əməliyyatları və Ərəb Respublikasının Mərkəzi Bankı vasitəsilə pul köçürmələrini sanksiyalardan azad edib.
Müvafiq lisenziya ABŞ-nin Maliyyə Nazirliyi tərəfindən dərc edilib.
Sənəddə qeyd edilir ki, enerji resursları və Suriya hakimiyyəti ilə bağlı əvvəllər qəbul edilmiş prezident fərmanları ilə əlaqədar qadağan olunmuş əməliyyatlara 2025-ci il iyulun 7-si yerli vaxtla 12:01-dək (Bakı vaxtı ilə 08:01) icazə verilir.
Söhbət 2024-cü il dekabrın 8-dən sonra Suriyada dövlət qurumları ilə əməliyyatlar, neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi də daxil olmaqla enerji resurslarının Suriyaya və ya onun ərazisinə satışı, tədarükü, saxlanması və ya bağışlanmasını dəstəkləyən əməliyyatlardan, Suriya Mərkəzi Bankı da daxil olmaqla qeyri-kommersiya şəxsi pul köçürmələrinin Suriyaya köçürülməsi üçün ümumiyyətlə baş verən və zəruri olan əməliyyatlardan gedir.