2 C
Baku
Saturday, December 14, 2024

ABŞ tənzimləyicisi “Microsoft” və “Activision Blizzard”ın 69 mlrd. dollarlıq müqaviləsini bloklamağı tələb edib

ABŞ Federal Ticarət Komissiyası (FTC) “Microsoft”un video-oyun tərtibatçısı “Activision Blizzard”ı satın almasına mane olmaq üçün məhkəməyə müraciət edib. “FTC” saytındakı press-relizdə deyilir ki, “Microsoft” bu müqavilə ilə “rəqabəti darmadağın etməyə” çalışır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Tənzimləyici izah edir ki, “Activision Blizzard” dünyada müxtəlif qurğular, o cümlədən konsollar, fərdi kompüterlər və smartfonlar üçün oyunlar yaradan tərtibatçılardan biridir. Bununla belə, “FTC” bunun “Microsoft”la “Activision Blizzard” məhsullarında “rəqabətə zərər vermək üçün stimullar” və “qiymətləri manipulyasiya etmək” məqsədilə oyunların keyfiyyətini aşağı salan razılaşmaya görə dəyişə biləcəyindən ehtiyat edir.

Xatırladaq ki, “Microsoft” yanvar ayında “Activision Blizzard”ı 68.7 milyard dollara almağa razılaşıb. Bu, video-oyun bazarındakı ən böyük sövdələşmələrdən biridir. Şirkət bu sövdələşmənin video oyun bazarındakı mövqeyini gücləndirəcəyini, eləcə də “Tencent” və “Sony” kimi bazar liderləri ilə rəqabət aparmağa kömək edəcəyini gözləyir. İyul ayında Britaniya tənzimləyicisi sövdələşmənin antiinhisar qaydalarına uyğunluğunu nəzərdən keçirməyə başlayıb. Noyabrın əvvəlində isə Avropa İttifaqı da araşdırmalara qoşulub.

Son xəbərlər
Digər xəbərlər