ABŞ Avropa İttifaqı və G7 ilə Rusiya neft məhsulları üçün qiymət tavanının uyğun səviyyəsini müzakirə edir.
Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Cənubi Afrikaya səfəri zamanı deyib.
“Mən təfərrüatlara varmayacam. Biz bütün tərəfdaşlarımızla – G7+ koalisiyası və Avropa birliyi ilə qiymət həddinin uyğun səviyyəsinin nə qədər olduğunu müzakirə edirik”, – nazir qeyd edib.
Canet Yellen Aİ və G7-nin razılığa gələcəyinə əminliyini ifadə edib, lakin hələlik bu məsələ ilə bağlı konkret yekun detalları açıqlamayacağını bildirib.