ABŞ modernləşdirilmiş “B-61-12” taktiki nüvə bombasını Avropada planlaşdırıldığından daha tez yerləşdirəcək.
Məlumatı “Politico” yayıb.
Bildirilib ki, bombanın 2023-cü ilin yazında yerləşdirilməsi əvvəlcədən planlaşdırlsa da, onu bu ilin dekabrında gətirəcəklər.
Qeyd edək ki, “B61” ABŞ-ın strateji nüvə qüvvələrinin əsas termonüvə bombasıdır. Bu, 1960-cı illərdə hazırlanmış nüvə silahının modifikasiyasıdır. 2015-ci ildə ABŞ döyüş başlığı olmayan ən yeni 12-ci idarə olunan bomba modifikasiyasını sınaqdan keçirib. 2020-ci ildən NATO-nun Avropadakı bazalarında yerləşdirilməsi planlaşdırılır.
Xatırladaq ki, Rusiya oktyabrın 26-da nüvə təlimi keçirib.