25 C
Baku
Saturday, July 27, 2024

ABŞ tarixində baş vermiş bank və hökumət ittifaqları

Heç kimə sirr deyil ki, ABŞ hökuməti və bankları öz vətənlərinin rifahı və partnyorlarının zərəri üçün əməkdaşlıq edirlər. Buna ən yaxşı nümunə olaraq 2008-ci ilin maliyyə böhranını göstərə bilərik. Bu zaman FES və nəhəng şirkətlərin rəhbərləri ölkənin maliyyə sektorunu xilas etmək üçün bir sıra tədbirlərə əl atdılar. Lakin belə razılaşmaların kökləri lap dərinlərə gedib çıxır. Ən maraqlı “kölgəli ittifaq” hələ XX əsrin əvvəlində bankirlər və siyasətçilər arasında bağlanmışdı. Bu haqda dərin məlumatı Nomi Prins öz “Bütün prezident bankirləri: Amerikanı daha da güclü edən gizli ittifaqlar” kitabında vermişdir. Onun fikri həm ona görə maraqlıdır ki, Prins keçmişdə Goldman Sachs-ın idarəedici meneceri vəzifəsində çalışmışdır.

1. Glass-Stiqol qanunu

Böyük Depressiya dövründə City Bank və Chase rəhbərliyi Glass-Stiqol qanunun həyata keçirilməsinə razılıq verdilər. Bu qanun da maliyyə sahəsi üçün heç də asan olmayan pərakəndə bankçılıq və ticarətlə məşğul olan bölmələrin fərqlənməsinə icazə verdi. Bu ittifaqa görə hökumət qüvvələri banklara öz minnətdarlığını bildirmişdi.

2. Bank holdinq şirkətləri haqqında akt

1956-cı ildə prezident Eyzenhauer nəhəng bankların özündən çıxmasına səbəb olacaq qanun imzaladı. Bank holdinq şirkətləri haqqında akt kredit təşkilatlarının ştatdaxili fəaliyyətini qadağan edirdi. Lakin qanun layihəsində kiçik bir boşluq buraxılmışdı və “oyunçular” daha sonradan buraya öz təsirlərini göstərirdilər.

3. Uoll-Stritdə müharibə və neft dollarları

Niksonun prezidentliyinin ilk illərində Vyetnam müharibəsi ətrafında vəziyyət gərginləşir. Lakin bununla belə Uoll-Stritdə gizli müharibə də getməkdə idi və burada nəhəng bankirlər Glass-Stiqoll qanunu çərçivəsində nizamlanmanın əksinə olaraq etiraz edirdilər. National City Bank sədri Uolter Riston nizamnamə sistemini özünə uyğun şəkildə təşkil etmək və üçün Chase rəhbəri Devid Rokfeller ilə mübarizə aparırdı. Lakin onların hər ikisi gizli bank ittifaqının üzvləri idilər və Yaxın Şərqdən gələn neft dollarlarını bütünlüklə ələ keçirmişdilər. Amerikalılar bu pulları hakimiyyətin icazəsi ilə yüksək gəlirli istiqrazlara çevirirdilər. Onlar daha sonradan bu istiqrazları Latın Amerikası ölkələrinə və digər inkişaf etməkdə olan ölkələrə satırdılar.

4. Penn Central kollapsı

Bankirlərin riskli oyunu ABŞ-ın ən nəhəng dəmir yolu şirkətlərindən biri olan Penn Central-ın müflis olmağına gətirib çıxardı və şirkət 1976-cı ildə öz fəaliyyətinə son qoydu. Yaranmış hadisədə ən böyük günahkar maliyyəçilər idi. Lakin bu zaman köməyə Pentaqon gəlir və Penn Central-ın maliyyə təhlükəsizliyini elan edir. Bundan əlavə, nəhəng müdafiə şirkəti Lockheed ətrafında da müflis olmaq barədə qalmaqallar yaranır.

5.Qızıl standartının ləğv edilməsi

Banklar dolların dəyərdən düşməsinə və beynəlxalq ekspansiyaya yatırımlar edirdilər. Amerikan valyutasının dəyərinin aşağı salınması üçün ən yaxşı üsul qızıl standartının ləğv edilməsi idi. Yaranmış vəziyyətdə beynəlxalq spekulyantları günahlandırmaq olardı, banklar isə şərti olaraq bir qəpiksiz qalacaqdılar. Strategiya işə yarayır: 15 avqust 1971-ci ildə prezident Nikson dolların devalvasiyasında spekulyantları günahlandırdı. Daha sonradan isə bankirlərin təzyiqi altında qızıl standartını ləğv etməyə qərar verdi. Beləliklə, o vəsaitlərin axınının və dolların ucuzlaşmasını dayandırdı. Standart ləğv edildikdən sonra pullar əsas olaraq səhmlərə yatırılır və bundan da sözsüz ki, banklar yenə gəlir əldə edir.

Son xəbərlər
Digər xəbərlər