10 C
Baku
Thursday, December 12, 2024

ABŞ tarixində ilk dəfə qaradərili general HHQ-nin rəhbəri təyin olunub

ABŞ Senatı afroamerikalı Corc Floydun ölumündən sonra başlanan etirazlar fonunda qaradərili generalın Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə namizədliyini təsdiqləyib.

TASS xəbər verir ki, konqresmenlər yekdilliklə Çarlz Braunun bu vəzifəyə namizədliyinə səs veriblər.

“Namizədliyimin irəli sürülməsi bir qədər ümid verir, baxmayaraq ki, (həmin təyinat) əsrlərlə davam edən köləliyi və ABŞ Hərbi Hava Qüvvələrinin qaradərili nümayəndələrinin üzləşdiyi ayrıseçkiliyi düzəldə bilməz”, – deyə təyinatını şərh edən Braun bildirib.

ABŞ prezidenti Donald Tramp yeni qərargah rəisinin namizədliyinin Konqres tərəfindən rəsmi təsdiqlənməsindən əvvəl təbrik edib, Braun kimi bir “vətənpərvər və lider” ilə işləməkdən məmnun qalacağını söyləyib. Ölkə lideri qaradərili generalın vəzifəyə təyinatının öz qərarı olduğunu da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər