9 C
Baku
Sunday, November 17, 2024

ABŞ taxıl ixracının “B planı” üzərində işləyir

ABŞ Odessa limanına Rusiyanın raket zərbəsi endirməsindən sonra Ukrayna ilə taxılın ixracı ilə bağlı “B planı” üzərində işləyir.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer bildirib.

“B planına yollar, dəmir yolu və çaylar daxildir. Barjaların göndərilməsi və dəmir yolu sisteminin tənzimlənməsi ilə onlar Avropaya daha çox uyğunlaşacaqlar və ixrac daha sürətlə həyata keçiriləcək”, – Samanta Pauer deyib.

O, Rusiya Prezidenti Vladimir Putinə etimad etmədiklərini qeyd edib. Bununla belə, Pauer Türkiyə və BMT-nin iştirakı ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”nın Rusiyanın Odessa limanını bombalayaraq dərhal razılaşmanı pozmaq cəhdinə rəğmən bir şəkildə fayda verəcəyinə ümid etdiyini deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər