13 C
Baku
Sunday, November 24, 2024

ABŞ taxıl tədarükündə Ukraynaya yardım edəcək

ABŞ administrasiyası Kiyevə Ukrayna taxılının dünya bazarlarına çatdırılmasında köməklik göstərəcək.

Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

“Biz taxılın daha çox ehtiyac duyulan bazarlara çatdırmaq üçün Ukraynanın səylərini dəstəkləməyə davam edəcəyik”, – deyə Jan-Pyer qeyd edib ki, Kiyevə daha 1.3 milyard dollarlıq hərbi yardım paketinin ayrılması bunu asanlaşdırmaq üçün nəzərdə tutulub.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ukraynaya kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün daha 250 milyon dollar ayıracağını açıqlayıb.

Ağ Evin sözçüsü əlavə edib: “Biz bacardığımız qədər kömək etmək üçün addımlar atırıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər