10 C
Baku
Saturday, November 23, 2024

“ABŞ Tayvan məsələsində Çinlə silahlı qarşıdurmaya hazır olmalıdır”

ABŞ Tayvan məsələsində Çinlə silahlı qarşıdurmaya hazır olmalıdır.

Bunu CNN telekanalına müsahibəsində ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

 

“Bu, hər zaman hazır olmalı olduğumuz bir şeydir… Mən qarşıdurmanın qaçılmaz olduğunu düşünmürəm”, – deyə o bildirib.

Ostin həmçinin qeyd edib ki, o, Hind-Sakit okean regionunda çəkindirmə qüvvələrini dəstəkləməyə davam etməyi öz işi hesab edir.

İyulun 5-də Çinin Müdafiə Nazirliyi ABŞ-nin Tayvana yeni silah göndərməsini adanı barıt çəlləyinə döndərəcəyi açıqlamasını vermişdir.

Çin buna kəskin etiraz edir.

İyunun sonunda ABŞ-ın BMT-dəki keçmiş səfiri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli Çin hakimiyyətinin öz xalqını Tayvanla müharibəyə hazırladığına inanırdı. Onun sözlərinə görə, Vaşinqton bütün vasitələrlə, o cümlədən dünya üzrə müttəfiqlərinin köməyi ilə sülhü qorumalıdır.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər