ABŞ Tayvana hərbi yardım paketi çərçivəsində 882 milyon dollar dəyərində radar və dəstək avadanlığı ilə birlikdə “Patriot” hava hücumundan müdafiə sistemi üçün 100-ə yaxın əlavə müasir raket verəcək.
Bu barədə “Bloomberg” ABŞ Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu təklif 2010-cu il ABŞ-Tayvan razılaşmasının müddəalarına uyğun olaraq hazırlanıb və texniki cəhətdən yeni deyil. Bu sənədlə nəzərdə tutulan hərbi yardımın ümumi dəyəri 2,81 milyard dollardır.