ABŞ Tayvanın müdafiəsini gücləndirmək üçün 10 milyard dollar vəsait ayırmağa hazırdır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bu, artan gərginlik və Çinin təhdidləri ilə bağlıdır.
Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası və Konqresi Ukraynaya kütləvi hərbi yardımın Tayvana, təxminən, 19 milyard dollar həcmində silah tədarükünün gecikməsinə səbəb olacağından narahatdır.