12 C
Baku
Saturday, November 23, 2024

ABŞ Tayvana $567 mln.-luq hərbi yardım ayırıb

ABŞ Prezidenti Cozef Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə qərar verib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, bununla bağlı ABŞ dövlət katibi Antoni Blinken və Pentaqona müvafiq göstəriş verilib.

Xatırladaq ki, ötən il Amerika administrasiyasının Müdafiə Nazirliyi vasitəsilə ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər