ABŞ hökuməti Tayvana təmənnasız şəkildə raketlər tədarük edəcək.
Bu barədə “South China Morning Post” nəşri Tayvan Silahlı Qüvvələrindəki mənbəyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tədarük olunacaq silah-sursat partiyasına daşına bilən “Stinger” zenit raketləri və tank əleyhinə “Javelin” orta mənzilli raketləri daxildir.
Xatırladaq ki, Tayvanın müdafiə naziri ABŞ-ın 66 ədəd “F-16V” qırıcı təyyarəsinin adaya tədarük olunması müddətinin uzandığını bildirərək qeyd etmişdi ki, ilk təyyarələr gələn ilin üçüncü rübündə təhvil veriləcək.
Həmçinin nazirin sözlərinə görə, tədarük olunması planlaşdırılan bütün təyyarələr 2026-cı ilin sonuna kimi adaya çatdırılacaq.