19 C
Baku
Saturday, May 25, 2024

“ABŞ Tehrana qarşı sanksiyaların səmərəsizliyini dərk edib”

ABŞ Tehrana qarşı sanksiyaların tətbiqinin səmərəsizliyini dərk edib.

Bunu İran Prezidenti Seyid İbrahim Rəisi BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində amerikalı xarici siyasət ekspertləri ilə görüşdə bildirib.

Rəisi ABŞ hökumətinə xarici dövlətlərə qarşı sanksiyaları dayandırmağı tövsiyə edib və bildirib ki, Amerika hökuməti İrana dövlətinə qarşı sanksiyaların tətbiqinin və ya İran xalqını təhdid etməyin təsirli vasitə olmadığını qəbul edir. ABŞ administrasiyası gücdən istifadə etməyin dialoq aparılması üçün effektiv vasitə olmadığını başa düşməlidir.

İran Prezidenti onu da qeyd edib ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden hakimiyyətə gələndə “İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) ilə bağlı sələfi Donald Trampın siyasətini qəbul etmədiyini bildirmişdi, lakin praktik olaraq bu istiqamətdə aparılan siyasətdə heç bir dəyişiklik görülmədi.

Rəisi həmçinin, Ukraynadakı münaqişəyə də toxunub:

“Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə görə Amerika tərəfi məsuliyyət daşıyır. Müharibə ABŞ-dakı vergi ödəyicilərinin hesabına davam edir, həmin şəxslərin pulları silah şirkətlərinin sahiblərinin cibinə gedir. İran ABŞ hakimiyyətinə hərbi əməliyyatları dayandırmağı tövsiyə edir, çünki son 250 il ərzində amerikalılar cəmi 20 il müharibə vəziyyətində olmayıblar”.

Rəisi ölkəsinin Rusiyaya yerli istehsal olan silahları tədarük etməsi ilə bağlı məlumatları bir daha təkzib edib:

“Biz müharibənin əleyhinəyik və ona son qoymaq üçün vasitəçi kimi çıxış etməyə hazırıq”, – deyə İran lideri vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər