10 C
Baku
Friday, December 13, 2024

ABŞ terrorçuların Əfqanıstanın pul ehtiyatlarına çıxışını əngəlləyəcək

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” üzvləri ölkənin pul ehtiyatlarına çıxış əldə edə bilməyəcəklər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Söhbət Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının ABŞ-da saxlanınan aktivlərindən gedir. Xatırladaq ki, daha əvvəl Əfqanıstan prezidenti Əşrəf Qaninin pulla dolu maşınlarla ölkədən qaçdığı məlum olub.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2021-ci ilin aprel ayının sonunda Əfqanıstan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 9.4 milyard dollar təşkil edib.

Mənbələr Əfqanıstan ehtiyatlarının çoxunun ölkənin xaricində saxlanıldığını yazır. Bununla yanaşı, bu aktivlərin hansı hissəsinin ABŞ-da olduğu hələ məlum deyil. 2021-ci ilin yazında ABŞ qoşunları Əfqanıstandan çıxdığını elan edib ki, bu da 1996-2001-ci illərdə ölkəni idarə edən radikal “Taliban” döyüşçülərini Əfqanıstan ordusunun mövqelərinə hücuma keçməyə təşviq edib.

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməli olub. Verilən məlumata görə, qaçarkən Qanini pulla dolu dörd maşın müşayiət edib. Vəsaitlərin hamısı helikopterə sığmayıb və buna görə də pulun bir hissəsi uçuş sahəsində qalıb. Məbləğin böyük olmasına görə prezidentin büdcədən pul oğurlayaraq qaçmağa çalışdığı ehtimal olunub.

Son xəbərlər
Digər xəbərlər