23 C
Baku
Tuesday, April 23, 2024

ABŞ təşkilatının Azərbaycandakı BOKT-u banklara “borc alıb, borc verməklə” böyüdü

Azərbaycanda fəaliyyət göstərən və ABŞ-ın ACDI/VOCA təşkilatına məxsus olan “KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC 2019-cu il ərzində 6 milyon 646,24 min manat xalis mənfəət əldə edib.

Banker.az bunu BOKT-un ötən il üzrə illik maliyyə hesabatına istinadən xəbər verir.

BOKT-un cəmi faiz gəlirləri 2019-cu il ərzində 1 milyon 86,88 min manat təşkil edib, bu, illik müqayisədə 13% artıma nail olması deməkdir. Təşkilatın faiz xərcləri 186,77 min manat (öncəki il 116,87 min manat) təşkil edib.

BOKT-un problemli kreditlərin geri dönüşü hesabına əlavə 3 milyon 970,88 min manat gəliri olub, nəticədə, 6 milyon 649,88 min manatlıq vergiyəqədərki mənfəəti olmuşdur. Bu mənfəətdən sonra BOKT-un balansındakı yığılmış zərər, mənfəətlə — 5 milyon 569,35 min manatla əvəzlənib.

“KredAqro” BOKT-un 1 yanvar 2020-ci il tarixinə olan aktivləri 12 milyon 376,46 min manat təşkil edib. Bunun 6 milyon 675,42 min manatı müştərilərə verdiyi kredit, 1 milyon 337,18 min manatı əmlakı, 565,04 min manatı nağd vəsaitlər, eləcə də 1 milyon 801,05 min manatı is banklara yatırdığı vəsaitlər (depozit/kredit) təşkil edib.

“KredAqro” öncəki ildə heç bir bankda vəsait yatırımı etməmişidi, rəqəm sıfır idi.

Aktivlərində vəsait yatıran kimi görünməsinə rəğmən 2019-cu il ərzində 48% borclarının həcmini artırmaqla 4 milyon 348,68 min manat həddinə çatdırıb. Bu da öhdəliklərinin 91%-dən çox olması deməkdir.

2
1
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər