ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda ölkə ərazisində istehsal gücü olmayan yarımkeçirici və mikroçip istehsalçılarının məhsullarına qarşı əhəmiyyətli idxal rüsumları tətbiq ediləcəyini açıqlayıb.
Banker.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə deyib.
“Biz ABŞ ərazisinə daxil olmayan şirkətlərə qarşı tariflər tətbiq edəcəyik, bu, olduqca tez baş verəcək. Bu rüsumlar çox yüksək olmasa da, kifayət qədər əhəmiyyətli olacaq. Anlamaq lazımdır ki, əgər yarımkeçirici və mikroçip istehsalçıları ölkəyə daxil olur, zavodlar tikir və ya ABŞ-a gəlməyi planlaşdırırlarsa, onlara qarşı heç bir rüsum olmayacaq”, – deyə Tramp vurğulayıb.