6 C
Baku
Sunday, December 15, 2024

ABŞ tibbi maskaları təkrar emal edəcək

ABŞ Qida və Dərman İdarəsi (FDA) yeni növ koronavirusun yayılması səbəbi ilə ölkədə tibbi maskaların sterilizasiyası üçün yeni texnologiyanı təsdiqləyıb.

TASS idarənin saytında yayılan məlumata istinadən bunun maska çatışmazlığına görə edildiyini yazır.

Yeni metod Ohayo ştatında yerləşən “Battelle Memorial” İnstitutu tərəfindən hazırlanıb. Texnologiya hər N95 qoruyucu maska ​​tipini 20 dəfəyə qədər dezinfeksiya etməyə imkan verir.

“FDA “Battelle”a icazə verdi… Ohayoda gündə 160 000 maska ​​sterilizasiya edilməsinin mümkünlüyünə baxmayaraq, yalnız 10 000 maskanın ​​sterilizasiya edilməsinə icazə verdi”, – deyə Ohayo qubernatorunun saytında qeyd edilir.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər