24 C
Baku
Friday, May 9, 2025

ABŞ Ticarət Komissiyası Meta-nın Instagram-ı satmasını tələb edir

Meta şirkətinin rəhbəri Mark Zukerberq Vaşinqton məhkəməsində şirkətinə qarşı açılmış antiinhisar işi çərçivəsində ifadə verib. ABŞ Federal Ticarət Komissiyası (FTC) Meta şirkətinin InstagramWhatsApp platformalarını satmağa məcbur edilməsini tələb edir.

Tənzimləyici orqan iddia edir ki, Meta bu sosial şəbəkələri Facebook-a rəqib ola biləcək platformaları aradan qaldırmaq məqsədilə satın alıb. FTC sübut kimi Mark Zukerberqin daxili yazışmalardakı bəyanatlarına istinad edir. Bu yazışmalarda Zukerberq Instagram-ın alınmasını potensial rəqibin neytrallaşdırılması vasitəsi kimi xarakterizə edib.

Zukerberq isə bu ittihamları rədd edir. Onun sözlərinə görə, Meta 2018-ci ildə səhvən dostların paylaşımlarını lentdə üstün tutaraq, istifadəçilərin ictimai və xarici məzmunlara artan marağını gözdən qaçırıb.

Instagram-ın itirilməsi Meta üçün ciddi zərbə ola bilər — şirkət gəlirlər üzrə rəsmi məlumat paylaşmasa da, Emarketer tədqiqat firmasının hesablamalarına əsasən, 2024-cü ildə Instagram Meta-nın ABŞ-dakı reklam gəlirlərinin yarıdan çoxunu (37,13 milyard dollar) təşkil edib. WhatsApp-ın ümumi gəlirdə payı az olsa da, gündəlik aktiv istifadəçi sayına görə şirkətin ən böyük tətbiqi sayılır.

Bununla belə, FTC-nin bu məhkəmə prosesində qalib gəlməsi hələ Instagram və WhatsApp-ın satılacağı anlamına gəlmir. Əgər FTC işi udsa belə, sonradan bu satışın bazarda rəqabəti həqiqətən bərpa edəcəyini sübut etməlidir.

Son xəbərlər
Digər xəbərlər