ABŞ Ali Məhkəməsi “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul edib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Belə ki, qarşıya qoyulan şərtə görə, sosial platforma ABŞ-də öz sahibini tapmalıdır, əks təqdirdə Birləşmiş Ştatlar şəbəkəni boykot edəcək.
Qeyd edək ki, ABŞ Konqresinin əksər hissəsi və Ədliyyə Departamenti olduqca populyar tətbiqin Çindən idarə olunduğu üçün ABŞ-nin milli təhlükəsizliyinə təhdid olduğunu müdafiə edir. Təklif olunur ki, sosial platformanın bu ölkədə nümayəndəliyi yaradılmalıdır.
Bildirilib ki, şərtlər qəbul olunmazsa, iki gün sonra qərar qüvvəyə minəcək.