6 C
Baku
Sunday, December 15, 2024

ABŞ “TikTok”u qadağan edən qərarın qüvvəyə minməsini təxirə saldı

ABŞ Ticarət Nazirliyi “TikTok”u qadağan edən qərarın qüvvəyə minməsini təxirə salıb.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib. Nazirlik qadağanın tətbiq edilməsinin müvəqqəti olaraq təxirə salındığını bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkədə “TikTok”un qadağan edilməsi barədə qərar qəbul etmişdir. Şirkət nümayəndələri isə bu qərarla razılaşmayaraq, Vaşinqtondakı federal məhkəməyə müraciət etmişdir. Onların sözlərinə görə, Trampın bu hərəkəti “milyonlarla amerikalının birləşdiyi onlayn-cəmiyyəti məhv edəcək”.

“TikTok”dan başqa, ABŞ rəsmiləri həm də “WeChat” tətbiqini də qadağan etmişdilər. Qərar noyabrın 12-də qüvvəyə minməli idi. Çin şirkətlərinin Amerikadakı biznesini almaq istəyi ilə “Microsoft” və “Oracle” çıxış etmişdir.

Son xəbərlər
Digər xəbərlər