ABŞ TRIPP+ fondunun maliyyələşdirilməsini 400 milyon dollara qədər artırıb

ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə – 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.

Bunu ABŞ-nin dövlət xərclərinin rəsmi bazasının məlumatları təsdiqləyir.

Dərc edilmiş məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu “TRIPP+ Enterprise” Fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-nə qədər müəyyən edilib.

Xatırladaq ki, TRIPP+ Sahibkarlığa Dəstək Fondu 26 yanvar 2026-cı ildə – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubionun Vaşinqtondakı görüşündən iki həftə sonra yaradılıb.

Qeyd edək ki, “TRIPP+ Enterprise Fund” və “TRIPP Development Company” – fərqli strukturlardır. Sonuncusu Ermənistanın cənubundan keçən infrastruktur layihəsinin hazırlanması və həyata keçirilməsi üçün yaradılıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər