12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ, Tunis, Rusiyadan ət idxalına məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Tunis Respublikasının Qafsa inzibati ərazi vahidində dabaq, Rusiya Federasiyasının Yaroslav vilayətində və Meksika Birləşmiş Ştatlarının Aquaskalyentes ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının Deyvidson dairəsindən diri iribuynuzlu heyvanların və onlara aid qan və qan tərkibli məhsulların, sümükdən ayrılmamış ətin, mexaniki üsulla əldə olunan sümükdən ayrılmış ətin, 30 aydan yuxarı iribuynuzlu heyvanlardan alınan sümükdən ayrılmış ətin (30 aydan az olan iribuynuzlu heyvanlardan alındığına dair müvafiq baytarlıq şəhadətnaməsi ilə birlikdə zəmanəti ehtiva edən əlavə məktubla müşayiət olunan sümükdən ayrılmış ət istisna olmaqla), məhsuldar heyvanlar üçün yem kimi nəzərdə tutulmuş emal olunmuş iribuynuzlu heyvan zülalları (süd zülalları istisna olmaqla) və məhsuldar heyvanlar üçün yemlərin idxalına, Tunis Respublikasının Qafsa inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Rusiya Federasiyasının Yaroslav vilayətindən və Meksika Birləşmiş Ştatlarının Aquaskalyentes ştatından WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər