ABŞ Türkiyənin iki nazirliyinə qarşı sanksiyalar tətbiq etdi

0
Ağ Ev

ABŞ Türkiyənin müdafiə naziri Hulusi Askar da daxil olmaqla üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib.  Bu barədə Banker.az-a ABŞ-ın departamentinin press-relizində deyilir.

Siyahıda həmçinin enerji və təbii ehtiyatlar naziri Fatih Donmez və daxili işlər naziri Süleyman Soylu da yer alıb. Bundan əlavə, sanksiyaların altına Türkiyənin Energetika Nazirliyi və Müdafiə nazirliyi də düşüb. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Yeni sanksiyalar Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması ilə əlaqədar olub. Vaşinqtona görə, Ankaranın bu hərəkəti mülki şəxslərin həyatına təhlükə yaradır, bölgədəki ümumi vəziyyəti gərginləşdirir və  “İslam dövləti” nə qarşı təşkil edilmiş kampaniyanı sarsıdır. ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyə hazır olduğunu bildirib. 

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirmişdir.