18 C
Baku
Thursday, April 25, 2024

ABŞ-ın Türkiyəyə qarşı sanksiyası: Azərbaycana iqtisadi baxımdan hansı mənfi təsri olacaq?

ABŞ Türkiyənin Suriyaya daxil olmasından sonra bu ölkənin müdafiə naziri Hulusi Askar da daxil olmaqla üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Bundan əlavə sanksiya planı ilə bağlı sədalar qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4%dəyər itirib. Belə ki, ötən həftə 1 dollar almaq üçün 5,7 lirə ödəmək lazım idisə indi bu rəqəm 5,9 lirəyədək geriləyib.

“Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək” – bunu, iqtisadçı-ekspert Vüqar Bayramov deyir.

O bildirir ki, Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar olması mümkündür. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər: “Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik psixoloji həddi aşacağı gözlənilir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər