19 C
Baku
Friday, October 4, 2024

ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.

TASS-a istinadən, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

“Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək”, – deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər