7 C
Baku
Sunday, December 15, 2024

ABŞ Türkiyəyə “F-16” satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.

“Anadolu” xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar.

Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinn Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər