16 C
Baku
Monday, May 20, 2024

ABŞ Türkiyəyə “F-16”ların satışını təsdiqlədi

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir:

“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.

Qeyd edək ki, konqresmenlərin Türkiyənin müraciətinə iki həftə ərzində etiraz etmək hüququ var idi. Yalnız respublikaçı senator Rend Pol Xarici Əlaqələr Komitəsinə etirazını bildirsə də, heç nəyə nail ola bilməyib.

Beləliklə, ABŞ qanunları nöqteyi-nəzərindən Türkiyəyə döyüş təyyarələrinin satışını başa çatdırmaq üçün heç bir maneə qalmayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər