ABŞ prezidenti Donald Tramp CAATSA qanunu çərçivəsində Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaların ləğv ediləcəyini bildirib.
“Biz dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik”, – deyə o, Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
ABŞ 2020-ci ilin dekabrında Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə Ankaraya qarşı sanksiyalar tətbiq etmişdi.







