21 C
Baku
Friday, October 11, 2024

ABŞ Türkiyəyə Rusiya ilə bağlı xəbərdarlıq edib

ABŞ Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə təbii qaz bazası yaratmaqla bağlı təklifinə münasibət bildirib.

Bununla bağlı rəsmi açıqlama yayan ABŞ Dövlət Departmenti  Türkiyəyə xəbərdarlıq edib.

“Rusiya etibarlı enerji tədarükçüsü və ya tərəfdaş deyil. Biz sizə, Türkiyə hökumətindən prezident Ərdoğanın prezident Putinlə ikitərəfli görüşü ilə bağlı təfərrüatları soruşmağı tövsiyə edirik. Türkiyə Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib və prezident Ərdoğan Rusiyanın hərəkətini “qəbuledilməz” adlandırıb”,- rəsmi açıqlamada deyilir.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin təklifinə Türkiyə tərəfi müsbət reaksiya verib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər