15 C
Baku
Friday, April 26, 2024

ABŞ “Twitter”in iki keçmiş əməkdaşını casusluqda günahlandırıb

ABŞ-ın Ədliyyə Nazirliyi “Twitter”in iki keçmiş əməkdaşını istifadəçilər haqqında məlumatları Ər-Riyada ötürməkdə ittiham edib.

Bu barədə Report agentliyi “The New York Times” qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, ittihamlar Əhməd Abuammoya və Əli əl-Zabaraha qarşı irəli sürülüb. Əhməd Abuammo ABŞ vətəndaşıdır. Əli əl-Zabarah isə Səudiyyə Ərəbistanı sakinidir.

ABŞ-ın Ədliyyə Nazirliyinin versiyasına görə, onlar Səudiyyə kral ailəsi haqqında tənqid fikirlər səsləndirmiş istifadəçilər haqqında məlumatları Ər-Riyada veriblər.

Həmçinin bildirilir ki, bu, federal hakimiyyət tərəfindən xarici dövlətin agenti kimi Səudiyyə Ərəbistanı vətəndaşına qarşı irəli sürülən ilk ittihamdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər