ABŞ iqtisadiyyatı üçüncü rübdə analitiklərin gözlədiyindən daha güclü artıb. İqtisadi Təhlil Bürosunun məlumatına görə, ölkənin real ümumi daxili məhsulu ötən illə müqayisədə 4.9% yüksəlib. Qeyd edək ki, “The Wall Street Journal”ın sorğusuna qatılan analitiklər artımın 4.7% olacağını gözləyirdilər. Eyni zamanda, ikinci rübdə ÜDM-in artımı cəmi 2.1% təşkil edib.
Üçüncü rüb üçün yekun rəqəmlər iqtisadçıların gözlədiyindən xeyli yaxşı olub. Hələ aprel ayında ABŞ-da gözlənilən tənəzzüldən danışılıb və iyulda açıqlanıb ki, üçüncü rübdə ÜDM artımı, əgər olarsa, demək olar ki, nəzərə çarpmayacaq. Bununla belə, Federal Ehtiyat Sisteminin (FED) faiz artımı analitiklərin ehtiyat etdiyi kimi istehlak xərclərinin azalmasına səbəb olmayıb.
Əksinə, istehlakçılar dövlət yardım proqramlarının qüvvədə olduğu və ipoteka faizlərinin dondurulmuş qaldığı COVID-19 pandemiyası zamanı edilən qənaət hesabına daha çox xərcləyirlər. Bundan əlavə, əmək bazarında iş yerlərinin sayı artır, işsizlik səviyyəsi isə minimum səviyyəyə qayıdır.